Rusiyanın ən yaxın müttəfiqi də dilə gəldi: “Özünüzü yığışdırın”
Bizi izləyin

Dünya

Rusiyanın ən yaxın müttəfiqi də dilə gəldi: “Özünüzü yığışdırın”

“Belarus mallarının satışına Rusiya tərəfindən qadağa qoyulması rəsmi Minski sadəcə kədərləndirir”.

Axar.az RİA-Novosti-yə istinadən xəbər verir ki, bu açıqlama ilə Belarusiya Prezidenti Aleksandr Lukaşenko çıxış edib.

O, Moskvanın Belarusiyaya qarşı yürütdüyü siyasətin onu təəccübləndirmədiyini bildirib:

“Əgər yaxın müddət ərzində iki ölkə arasında ticarət normallaşmasa, o zaman biz əks reaksiyalar verəcəyik. Bu, nə hərəkətdir?”

Qeyd edək ki, Rusiya bir müddət öncə Belarusiyadan ət və süd məhsullarının gətirilməsinə qadağa qoymuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm