Saakaşvili bank əməkdaşının qətlində ittiham olunur
Bizi izləyin

Dünya

Saakaşvili bank əməkdaşının qətlində ittiham olunur

Gürcüstan baş prokurorluğu ölkənin sabiq prezidenti Mixail Saakaşviliyə qarşı yeni ittihamı irəli sürüb.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, ittiham 2006-cı ildə "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin qətli ilə bağlıdır.

İşin araşdırılması Gürcüstanın Cinayət Məcəlləsinin 332-ci maddə üzrə (xidməti səlahiyyətlərdən sui-istifadə) üzrə davam edir. Sözügedən maddə üç ildən beş ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Qeyd edəkm ki, Sandro Qirqvliani 28 yanvar 2006-cı il Tiflisin ətrafındakı qəbiristanlıqda ölü tapılıb. Onun Daxili İşlər Nazirliyinin məmurları ilə Tiflis barlarından birində dava etdiyi bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin konstitusiya təhlükəsizliyi departamentinin keçmiş başçısının müavini Oleq Melnikov daha əvvəl bildirib ki, Mixail Saakaşvili Qirqvlianinin qətli haqqında işin detallarından xəbərdar idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm