Poroşenko nöqtəni qoydu: “Bunu Ukrayna xalqı həll edəcək”
Bizi izləyin

Dünya

Poroşenko nöqtəni qoydu: “Bunu Ukrayna xalqı həll edəcək”

“2010-cu ildə elan edilmiş Ukraynanın bloklara qoşulmamaq siyasəti ölkənin ərazi bütövlüyünə zəmanət verməyi bacarmadı. Bu siyasətdən imtina etmək lazımdır".

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko yeni Ali Radanın ilk iclasında deyib.

P.Poroşenko bildirib ki, Ukraynanın NATO-da olub-olmayacağını məsələsini siyasətçilər deyil, Ukrayna xalqı həll edəcək: “Hamını dərk etməyə çağırıram ki, siyasilərin bəyanatları Ukraynanın NATO-ya yaxınlaşdırmır. Birincisi, üzvlük üçün lazım olan meyarlara nail olmaq lazımdır. İkincisi, gəlin açıq danışaq, bizim xarici partnyorlarımızın bu mövzuda çox ehtiyatlı münasibəti diqqətə almaq lazımdır. Üçüncüsü isə, Ukrayna NATO-ya üzvlüyü məsələsini Ukrayna xalqı həll edəcək, siyasətçilər deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm