Putini nələr gözləyir? Afonlu keşişlərdən – Şok öngörü
Bizi izləyin

Dünya

Putini nələr gözləyir? Afonlu keşişlərdən – Şok öngörü

Yunanıstanda, Afonda yerləşən müqəddəs pravoslav kilsələrinin keşişləri Putinin biabırçı süqutundan danışıblar.

Axar.az Rusiya mediasına istinadən istinadən xəbər verir ki, sözügedən keşişlər gələcəkdən xəbər verdiklərini iddia edirlər. Onların gələcəkdən bəhs edən xəbərlərinə əsasən, Rusiya prezidenti ona aid olan taxt-tacı biabırçılıqla tərk edəcək, Ukrayna isə öz bütövlüyünü bərpa edərək, yenidən nəhəng Kiyev Rusiyasını yaradacaq.

Keşişlərin növbəti proqnozları belə olub:

“Ukrayna ağır mərhələdən keçəcək, lakin bu uzun sürməyəcək - Tanrının izni ilə o, çox mötəbər bir dövlət yaradacaq, çünki müqəddəs ruh məhz Rusiya ərazisindədir və insanlar artıq onu oyatmağa müvəffəq olublar. 22 il isə nəhəng bir dövlət üçün yalnız letargiya yuxusu olub.

Rusiya isə qalib olmağa çalışmasına baxmayaraq, mübarizəni uduzacaq. Bu ölkənin gələcəyi təcrid və mütləqiyyət çərçivəsində olacaq. Rusiya rəhbəri isə yalnız iki il rəhbərlik edərək, hakimiyyətdən biabırçılıqla uzaqlaşacaq. Rusiya cənub və şərqdəki torpaq ərazilərini itirəcək. Bir çox Rusiya əyalətləri Moskva tabeçiliyindən azad olaraq, müstəqil ərazi haqları üzrə Rusiya dövlətinə daxil olacaq“.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm