Putinə sui-qəsd hazırlayan şəxsin sorağı Donbasdan gəldi – FOTO
Bizi izləyin

Dünya

Putinə sui-qəsd hazırlayan şəxsin sorağı Donbasdan gəldi – FOTO

Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Adəm Osmayev arvadı ilə birlikdə Donbas hövzəsində separatçılara qarşı vuruşur.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə A.Osmayevin arvadı Amin Okuyeva “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, çoxdan Donbas hövzəsində vuruşur. Okuyeva Osmayevlə birlikdə cəkdirdiyi fotonu da paylaşıb.

Qeyd edək ki, Ukraynanın Odessa rayon məhkəməsi Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Osmayevi 18 noyabrda azadlığa buraxıb. Məhkəmə Osmayevin həbsdə olduğu 2 il 9 ayın kifayət etdiyini hesab edərək onu məhkəmə zalından azad edib. 2012-ci ilin avqustunda Odessada həbs olunan A.Osmayev V.Putinə qarşı sui-qəsdə görə Ukraynanın Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham edilirdi.

Bu ilin may ayında ukraynalı deputatlar baş prokuror Qennadi Maxinçuka müraciət edərək Osmayevin işinə yenidən baxılmasını istəmişdilər.

Qeyd edək ki, A.Osmayev 2007-ci ildən Çeçenistan prezidenti Ramzan Kadırova sui-qəsd hazırlığında şübhəli bilinərək axtarışa verilmiş və 4 nəfərlə birgə həbs edilmişdi. Lakin Osmayev bir neçə gün həbsdə olsa da, dəlil yetərsizliyinə görə məhkəmə onu azad etmişdi.

Bundan sonra Londona gedən Osmayev çeçen mücahidlərinin lideri Doku Umarovla əlaqə yaradıb. Umarovun təşəbbüsü ilə Ukraynaya gələn Osmayev orada partlayıcı hazırlanması və diversiya təlimləri keçib. O, Umarovdan təlimat alaraq Moskvaya getməli və Putin avtomobillə hərəkət edən zaman onun keçdiyi ərazilərdən birində partlayış törətməli imiş.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm