Poroşenko Rusiya əsgərlərinə “çəyirtkə” dedi
Bizi izləyin

Dünya

Poroşenko Rusiya əsgərlərinə “çəyirtkə” dedi

Ukrayna ən yaxın illərdə ordunun döyüş bacarığını yüksəltmək üçün hərbi büdcəsini artıracaq.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko yeni Ali Radanın ilk iclasında deyib.

“Bizim ordunu gücləndirməkdən başqa çıxış yolumuz yoxdur. Artıq çox tezliklə bu zala (Ali Rada – Ö.D.) büdcə layihəsi təqdim olunacaq. Mən sizinlə əməkdaşlığa bel bağlayıram. Xarici əsgərlərin bizim sərhədlərimizin ətrafında çəyirtkələr kimi yığılıb. Məhz buna görə də Ukrayna ən yaxın illərdə Silahlı Qüvvələrin döyüş bacarığınI yüksəltməlidir”, - deyə Poroşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, dövlət müdafiə xərclərini minimum üç illik planlaşdıracaq.

Prezident qeyd edib ki, cəmiyyətin hərbiləşdirilməsi qaçılmazdır: “Hətta məktəblərdə ilk hərbi hazırlıq əsas məsələlərdən biri olmalıdır".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm