Ölərkən çəkdiyi son şəkil - ANİMASİYA
Bizi izləyin

Dünya

Ölərkən çəkdiyi son şəkil - ANİMASİYA

ABŞ-ın Nyu Cersi ştatında polis sentyabr ayında ayı hücumu nəticəsində ölən tələbənin cib telefonu ilə çəkdiyi son fotoşəkili yayıb.

Publika.az xəbər verir ki, meşədə gəzişən 22 yaşındakı Darş Patel adlı gəncin çəkdiyi son görüntü ona hücum edən Qara Ayı olub.

Polisin yaydığı şəkildə təxminən 140 kiloluq Qara Ayının Patelə tərəf gəldiyi görünür.

Mütəxəssislər, bölgədə Ayının insanlara hücum etməsinin çox nadir hallarda təsadüf edildiyini bildirib. Patelin cib telefonu, hücumun baş verdiyi New York şəhərinin təxminən 65 kilometr şimal-qərbində olan Apşava Qoruğunda meşəlik ərazidə tapılıb. Polis telefonun üzərində diş izləri olduğunu açıqlayıb.

Polisin verdiyi açıqlamaya görə, ayı meşədə gəzən 4 nəfər tələbəni izləməyə başlayıb. Bir müddət sonra onların hərəsi bir tərəfə dağılışıb. Yenidən bir araya gəldikdə isə Patelin itkin düşdüyü məlum olub. Patelin cəsədini 2 saat sonra tapan polis ayını vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm