Saakaşvilinin sabiq silahdaşı xəyanətdən danışdı: “Alçaqcasına, amma ağıllı addım atdılar”
Bizi izləyin

Dünya

Saakaşvilinin sabiq silahdaşı xəyanətdən danışdı: “Alçaqcasına, amma ağıllı addım atdılar”

Gürcüstan parlamentinin sabiq sədri, “Demokratik hərəkat - vahid Gürcüstan” Partiyasının rəhbəri Nino Burcanadze ölkəsində tok-şouda iştirak edib.

Publika.az-ın “vestikavkaza.ru” saytına istinadən verdiyi məlumata görə, sabiq spiker "Qızılgül inqilabı"ndakı silahdaşı, keçmiş prezident Mixail Saakaşvili və mərhum baş nazir Zurab Jvaniya barəsində xatirələrini danışıb.

Burcanadze 2008-ci il avqust müharibəsindən sonra Saakaşvilini dövləti üçün məhvedici addım atmaqda ittiham etmiş, onun barışmaz rəqibi olmuşdu. Ancaq prezident və spikerin arasında münasibətlər müharibəyə qədər də mükəmməl olmayıb. Burdjanadze tez-tez bildirirdi ki, heç vaxt Saakaşvili etibar etməyib: “Bir dəfə etibar etmişəm, nəticəsi çox ağır olub”.

Tok-şouda Burdjanadze Saakaşvili və Jvaniya ilə bağlı xatirələrindən birini danışıb. “Qızılgül inqilabı" şərəfinə keçirilən qəbullardan biri zamanı əllərində qədəh olan baş nazir Jvaniya Saakaşvili ilə birlikdə Burcanadzeyə yaxınlaşır. Onlar Gürcüstanın gələcəyi, hakimiyyətin yeni komandasının, həmçinin güc strukturlarının komplektləşdirməsi haqqında danışmağa başlayırlar. Həmsöhbətlər Ninoya xahişlə müraciət edirlər: "Sənin ərin Badri Bisadze uzun illər güc strukturlarında, həmçinin prokurorluq, Daxili İşlər və Müdafiə nazirliklərində yüksək postları tutub. Bir halda ki, siz bizim dostumuz və silahdaşımızsan, ərindən bu strukturlarda əsl peşəkar və təcrübəli insanların siyahısını təşkil etməyi xahiş et”.

N.Burcanadze bildirib ki, bu təklifdən imtina etməyib: "Mənim ərim iki gecə yatmadı. Siyahını yazırdı, silirdi, əlavə edirdi, çox çalışırdı və əsəbiləşirdi. Çünki əhəmiyyətli məsələlərdə kiməsə etibar etmək böyük məsuliyyət tələb edir. Biz prezident və baş naziri pis vəziyyətdə qoya bilməzdik. Mən özüm də siyahının tərtib edilməsində şəxsən iştirak edirdim. Biz siyahını Saakaşvili və Jvaniyaya verdik. Amma bir neçə gün ərzində siyahıdakıların hamısı tərbiyəsizcəsinə güc strukturlarından qovuldular”.

Sabiq spiker bildirib ki, bununla da Saakaşvili və Jvaniya hiyləgər tamaşanı oynadılar: “Onlar düşündülər ki, bununla da güc strukturlarının ikinci və üçüncü eşelonunda mənə yaxın olanları üzə çıxaracaqlar. Məqsəd həmin şəxslərdən qurtulmaq idi. Onlar həqiqi siyasətçi kimi – həyasızcasına və alçaqcasına, amma səmərəli və ağıllı addım atdılar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm