“Forbes”: “Putini saxlamağın tək yolu budur”
Bizi izləyin

Dünya

“Forbes”: “Putini saxlamağın tək yolu budur”

“Birləşmiş Ştatlar və Avropa Birliyi, hər şeydən əvvəl Almaniya Rusiyanın Ukrayna siyasəti ilə bağlı indikindən daha qəti addımlar atmalıdır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “Forbes” nəşrinin məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin Qərbin zəifliyi görür və təcavüzü davam etdirir. Məqalə müəllifinin fikrincə, ABŞ və Avropa dərk etməlidir ki, Rusiya təcavüzünün cilovlanmasının yeganə yolu güclü Ukraynanın yaradılmasıdır.

“Güclü Ukrayna Vladimir Putinin ən böyük qarabasmasıdır. Güclü Ukrayna Rusiyanın təcavüzünə qarşı güclü müdafiəni yarada və Rusiyanın itkilərini artıra bilər. Vəziyyət elə bir həddə gəlib çıxa bilər ki, Kreml öz hərbçilərinin ölümünü və Ukrayna münaqişəsinə cəlb edildiyini daha gizlədə bilməyəcək. Ancaq tank əleyhinə silahlar və silahların digər müasir növləri olmadan Ukraynanın Rusiyaya belə itkilər verməsi mümkün deyil”, - müəllif qeyd edir.

Məqalədə qeyd olunur ki, əgər istənilən vaxt alışacaq dondurulmuş münaqişələr Avropa və ABŞ-ı təmin edirsə, o halda zəif Ukraynanın saxlanması siyasətini davam etdirmək lazımdır: “Əgər onlar real həll görmək istəyirlərsə, Ukrayna özünü qorumaq üçün silahlarla təmin edilməlidir. Həmçinin, Ukraynanı maliyyə ilə təmin etmək lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm