• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ermənistan parlamentində Sarkisyanın impiçmenti layihəsi

  • Dünya
  • 28 Noyabr 2014 13:18
  • 368 Baxış
Ermənistan parlamentində Sarkisyanın impiçmenti layihəsi

Ermənistan prezidenti postunu tutan Serj Azatoviç Sarkisyan vəzifə səlahiyyətlərini aşıb. Bu barədə “Erməni Millli Konqresi”dən deputat Nikol Paşinyan tərəfindən hazırlanaraq parlamentə təqdim olunan “Ermənistan prezidenti postunu tutan Serj Sarkisyanın impiçmenti haqqında” qərar layihəsində deyilir. Layihə “Aykakan Jamanak” qəzetində dərc edilib. Trend xəbər verir ki, bu barədə “Epress.am” nəşri yazır.

Sənəd bu gün parlamentin gündəliyinə salınacaq.

Sənədə görə, prezidentin səlahiyyət həddini aşmasının təzahürlərindən biri 2009-cu ilin iyununda Sarkisyan tərəfindən 2008-ci ilin 1-2 mart hadisələri üzrə faktların toplanması üzrə Qrupun buraxılması barədə əmr imzalanmasıdır.

Qərar mətnində göstərilir ki, Sarkisyan, həmçinin dövlətə xəyanət edərək 2009-cu il oktyabrın 10-da Sürixdə Ermənistanla Türkiyə arasında protokol imzalayıb. Protokol tarixi sənədlərin və arxivlərin öyrənilməsi məqsədilə ikitərəfli hökumət komissiyasının yaradılmasını nəzərdə tuturdu. Layihədə deyilir ki, beləliklə, Sarkisyan “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasının qarşısını almaq üçün vasitə əldə etməkdə Türkiyəyə xidmət göstərdi.

Deputat hesab edir ki, 2011-ci ilin ortalarında Rusiya Ermənistan üçün qazın qiymətini artırsa da, Sarkisyan bu barədə istehlakçılara məlumat verməməklə də öz vəzifə səlahiyyətlərini aşıb. Paşinyanın fikrincə, 2013-cü ildə Sarkisyanın öz səlahiyyətini aşması ağır nəticə verib. Belə ki, Ermənistan hökuməti yığılan borcun müqabilində “ArmRosQazprom” şirkətindəki 20 faizlik payı Rusiyaya verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR