Obama Beyonsla eşq yaşayır - İddia - FOTOLAR
Bizi izləyin

Dünya

Obama Beyonsla eşq yaşayır - İddia - FOTOLAR

ABŞ prezidenti Barak Obamanın məşhur müğənni Beyons ilə gizli eşq yaşadıqları iddia olunur

Fransız mətbuatı Obama və Beyonsun gizli münasibətlərindən yazıb. Fransız mətbuatı Barak Obama və Beyons arasında sevgi olduğunu iddia edir.

Amerika prezidenti və məşhur müğənni arasındakı sevgi əlaqələri olması haqqında şayiələr ilk dəfə Avropa 1 radiosunda yayımlanıb.

"Cənab Obama və Beyons arasındakı yaş fərqinin 20 il olmasına baxmayaraq bu münasibətlər 59 yaşlı Fransız prezidenti cənab Olland və 41 yaşlı xanım Qayet arasındakı sevgi macərasına oxşardır. Cənab Obama müğənninin pərəstişkarıdır və onu Mişel Obamanın 50 yaşının qeyd olunması üçün keçirilən mərasimlə yanaşı digər tədbirlərə də dəvət edib. Bununla yanaşı, Beyonsun 44 yaşlı həyat yoldaşı Cey Zi ilə münasibətlərində heç bir problem olmasına baxmayaraq Obamanın izdivacında gərginliklər yaşandığı haqqında şayiələr də yayılıb.

Xatırladaq ki, keçən həftə ABŞ-ın keçmiş prezidenti Bil Klinton və məşhur model və aktrisa kimi fəaliyyət göstərən Elizabet Hörli arasında sevgi münasibətlərinin olması haqqındakı xəbər öz təsdiqini tapdı.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm