UEFA reytinqi açıqladı - "Real” mövqeyini qorudu, “Qarabağ” isə...
Bizi izləyin

Dünya

UEFA reytinqi açıqladı - "Real” mövqeyini qorudu, “Qarabağ” isə...

UEFA növbəti dəfə klubların reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə beynəlxalq qurumun rəsmi saytı məlumat yayıb. Siyahıda 454 komanda yer alıb. Həmin siyahıda Azərbaycan 7 klubla təmsil olunub.

“Qarabağ” klubu reytinqdə 6 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 10.450 xalla 158-ci pillədə yer alır.

“Neftçi” klubu isə geriləyərək 8.950 xalla 179-cu pilləyə düşüb.

Reytinq cədvəlinə yenə də “Real” (Madrid) klubu liderlik edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü pillədədir.

Ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində heç bir dəyişiklik olmayıb. "Xalını 12.250-ə çatdıran ölkəmiz reytinqdə 29-cu yerdə qərar tutub.

Ümumilikdə avrokuboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

158. “Qarabağ” (+6)
175. “Neftçi” (-4)
271. “İnter” (0)
298. “Xəzər Lənkəran” (+1)
338. “Bakı” (+3)
359. “Qəbələ” (+4)
362. AZAL (+3)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm