• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Putin Türkiyəyə səfər öncəsi Ankaranı təriflədi

  • Dünya
  • 28 Noyabr 2014 16:19
  • 502 Baxış
Putin Türkiyəyə səfər öncəsi Ankaranı təriflədi

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri öncəsi bu ölkənin “Anadolu” xəbər agentliyinə müsahibə verib.

Publika.az-ın verdiyi xəbərə görə, V.Putin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayan Türkiyənin addımını uzaqgörən adlandırıb.

“Türk partnyorlarımız kənar siyasi ambisiyalara görə öz maraqlarından imtina etmədilər. Hesab edirəm ki, bu həqiqətən də düşünülmüş və uzaqgörən hesablamadır", - Rusiya lideri qeyd edib.

V.Putin əlavə etdi ki, Rusiyaya ət, süd və balıq məhsulları, tərəvəz və meyvələrin ixracını artırmaq barədə Türkiyənin niyyətini alqışlayır. O bildirib ki, qarşılıqlı ticarət dövriyyəsinin artmasına ümid edir: “Biz artıq Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla ticarət dövriyyəsinin 100 milyard dollara qaldırılması haqqında razılaşmışıq”.

Rusiya prezidenti həmçinin Moskva və Ankaranın bir sıra məsələlərdə baxışlarının üst-üstə düşmədiyini də etiraf edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR