• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Dünyanın sonu”nun çatdığı tərk edilmiş şəhərin ölüm səssizliyi – VİDEOFAKT

  • Dünya
  • 28 Noyabr 2014 17:16
  • 1 572 Baxış
“Dünyanın sonu”nun çatdığı tərk edilmiş şəhərin ölüm səssizliyi – VİDEOFAKT

Pilotsuz uçuş aparatlarının köməyi ilə sənədli filmləri çəkən “CBS News”in əməkdaşı Denni Kuk Çernobıl faciəsindən sonra boşalan Pripyat şəhərinin bütöv şəklini təsvir edə bilib.

Publika.az-ın “The Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, Denni Kuk bunun üçün kvadrokopter adlanan uçuş aparatından istifadə edib.

Şəhərin quş uçuşu hündürlüyündən çəkilən görüntüləri sosial şəbəkədə yayılıb. Videoçarx üç dəqiqə davam edir və nümayiş olunan kadrlar dünyanın sonu haqqında Hollivud filmlərini xatırladır. Operator bir həftə ərzində Çernobılın ətrafını tədqiq edib. Onun fikrincə, Çernobıl planetdə ən təhlükəli və maraqlı yerlərdən biridir.

"Nüvə qəzası mənim doğulduğum 1986-cı ildə baş verdi. Qəza çox insanlara, həmçinin mənim ailəmə təsir etdi. Biz İtaliyada yaşayırdıq. Evlərindən təxliyyə olunan yüz minlərlə yerli sakin üçün qorxunc idi. Mən özüm təsəvvür edə bilmirəm”, - Kuk vurğulayıb.

Onun sözlərinə görə, faciə baş verən ərazidə olması bir çoxları tərəfindən təəccüblə qarşılanıb: “Onlardan biri “Stalker" kimi məşhur olan bələdçim idi. Biz Çernobıl Atom Elektrik Stansiyası və tərk edilmiş Pripyat şəhərinin ətrafındakı yerləri tədqiq edərək bir həftəni birlikdə keçirdik”.

Xatırladaq ki, Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış 26 aprel 1986-cı il gecəsi baş verib. Nəticədə atmosferə tonlarla radioaktiv maddə atılıb. Radioaktiv bulud yalnız Ukraynanı, Belarusu və Rusiyanın qərb regionlarının deyil, Şərqi və Şimali Avropanın səmasını örtüb. Təxminən 600 min insan qəzanın nəticələrinin aradan qaldırılmasına cəlb olunub. Onlardan 30-dan çoxu qəzadan sonrakı ilk üç ay ərzində ölüb. Qəzadan sonrakı 25 il ərzində isə müxtəlif məlumatlara görə, 25 mindən 100 minə qədər insan qəzanın qurbanına çevrilib.

On minlərlə insanın bölgədən təxliyyə edilməsinə baxmayaraq, onların bəziləri geri qayıdıblar. Alimlər isə bildirir ki, bu ərazi həyat üçün hələ 20 min il ərzində təhlükəli olacaq.

Ömər Dağlı

Postcards from Pripyat, Chernobyl from Danny Cooke on Vimeo.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR