Putin: “Bu, mənim üçün gözlənilməz olmadı”
Bizi izləyin

Dünya

Putin: “Bu, mənim üçün gözlənilməz olmadı”

“OPEK-in Vyanada keçirilən görüşündə neftin hasilat kvotasını azaltmamaq barədə qərarından sonra neft qiymətlərinin düşməsi gözlənilməz deyildi”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Fransanın neft şirkəti “Total”ın prezidenti Tierri Demarre ilə görüşdə bildirib.

"Düşünürəm ki, gözlənilməz heç nə baş vermədi və bu, sizin üçün də belədir. Biz OPEK ölkələri qrupunun iclasında iştirak edirdik. Bizim üçün lap əvvəldən məlum idi ki, OPEK-in qərarı neftin qiymətlərində özünü göstərəcək”, - Rusiya prezidenti deyib.

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) Vyanada keçirilən 166-cı iclasında neftin hasilat kvotasını sutkada 30 milyon barel səviyyəsində saxlayacağını bəyan edib. Qərardan sonra neftin bir barrelinin qiyməti 70 dollardan da aşağı düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm