• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Lavrov: “Düşünürəm ki, hamı bunun zərərli olduğunu əla anlayır”

  • Dünya
  • 28 Noyabr 2014 21:32
  • 434 Baxış
Lavrov: “Düşünürəm ki, hamı bunun zərərli olduğunu əla anlayır”

Ukraynanın NATO üzvlüklə bağlı planları Kremlin xoşuna gəlməyib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-ya üzvlük ideyasına Moskvanın münasibətinin son dərəcə mənfi olduğunu bildirib.

“Biz gizlətmirik, Ukraynanın hərbi ittifaqa üzvlük istəyini son dərəcə mənfi qarşılayırıq. Düşünürəm ki, hamı NATO-un sonrakı genişlənməsinin zərərliliyini əla anlayır. Bu, qitədə yalnız bölücü xətləri çəkəcək”.

Qeyd edək ki, Ukrayna Ali Radasına neytral dövlət statusundan imtina haqqında qanun layihəsi daxil olub. Qanun layihəsinə Ukrayna “neytral ölkədir” ifadəsinin çıxarılması, “Şimali Atlantika Müqaviləsi Təşkilatında Ukraynanın üzvlüyü" ifadəsinin isə əlavə edilməsi təklif edilir.

Ukraynanın yeni Ali Radasının dünən keçirilən ilk iclasın da prezident Pyotr Poroşenko bildirib ki, 2010-cu ildə elan edilmiş Ukraynanın bloklara qoşulmamaq siyasəti ölkənin ərazi bütövlüyünə zəmanət verməyi bacarmadı. O, qeyd edib ki, bu siyasətdən imtina etmək lazımdır.

P.Poroşenko həmçinin bildirib ki, Ukraynanın NATO-da olub-olmayacağını məsələsini siyasətçilər deyil, Ukrayna xalqı həll edəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR