Rusiya Donbası “arzuolunmaz” liderlərdən “təmizləyir” - İddia
Bizi izləyin

Dünya

Rusiya Donbası “arzuolunmaz” liderlərdən “təmizləyir” - İddia

Ukraynanın şərqindəki Antrasit rayonunun “komendant”ı Vyaçeslav Pinejanin öldürülüb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə antiterror əməliyyatları mərkəzinə partizan dəstələrdəki mənbədən bildirilib.

Məlumata görə, “Donun böyük qoşunu”nun atamanı Nikolay Kozisın isə həbs edilib. Qeyd olunur ki, Antrasitdə bu gün “Luqans Xalq Respublikası” (başçısı İqor Strelkov) və kazakların (başçısı Kozisın) dəstələri arasında atışma olub.

Bildirilir ki, terrorçuların müxtəlif dəstələri nüfuz sahələrinin bölünməsi uğrunda bir-biri ilə duşmənçilik edirlər. Başqa mənbədən ilə iddia qeyd olunub ki, Rusiya Federasiyasının xüsusi bölmələri “arzuolunmaz” quldur dəstələrinin başçılarını “təmizləyir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm