Nigeriyada məscidin yaxınlığında 64 nəfər öldürüldü
Bizi izləyin

Dünya

Nigeriyada məscidin yaxınlığında 64 nəfər öldürüldü

Bu gün Nigeriyanın şimalındakı Kano şəhərində məscidin yaxınlığında silsilə partlayışlar törədilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, üç partlayıcı qurğunun təxminən eyni vaxtda işə düşməsi nəticəsində 64 insan həlak olub.

Ən azı 126 insanın yaralandığı bildirilir. Hadisəyə görə, hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Polis isə “Boko Haram” terror qruplaşmasından şübhələnirlər.

Qeyd edək ki, “Boko Haram” qruplaşması Nigeriyanın şimalında fəaliyyət göstərir. Qruplaşma ölkənin bütün ərazisində şəriət qaydalarının tətbiqini dəstəkləyir. “Boko Haram” ölkədə törədilən əksər terror aktlarına görə məsuliyyəti üzərinə götürüb.

Terror qruplaşması əsas hədəf kimi ordu və polislə bağlı obyektləri seçir. Son zamanlar isə ekstremistlər dini icmaların liderlərinə hücum etməyə başlayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm