Hakim partiyadan Putinə tələb: “Yanukoviç ölkəsinə göndərilsin”
Bizi izləyin

Dünya

Hakim partiyadan Putinə tələb: “Yanukoviç ölkəsinə göndərilsin”

"O, bütün Ukrayna xalqını satdı. Viktor Yanukoviçi vətəninə göndərmək lazımdır”.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, belə bir təkliflə Dövlət Dumasının deputatı Valeri Yakuşev çıxış edib.

İqtidardakı “Vahid Rusiya" Partiyasının təmsilçisi olan deputat hesab edir ki, Ukraynadan qaçmış sabiq prezident Viktor Yanukoviç ölkəsinə göndərmək lazımdır: “Bu insan bütün Ukrayna xalqını satdı və qaçdı. Onu öz evində mühakimə etmək lazımdır. Biz Yanukoviçi dəstəkləməyə məcbur deyilik. Vətəndə ədalətdən qaçanlara Rusiyada yerlər yoxdur”.

Bir neçə gün bundan əvvəl isə Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Valeri Raşkin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç hakimiyyətində təmsil olunan və hazırda Rusiyaya sığınanları ölkəsinə qaytarmağı təklif edib. Lakin onun fikrincə, Yanukoviç Rusiyada saxlanılmalıdır. Kommunist deputat bildirib ki, Rusiya əliçirkli Ukrayna siyasətçilərdən xilas olmalıdır. O, xüsusi olaraq Ukraynanın keçmiş baş prokuroru Viktor Pşonka və keçmiş baş nazir Nikolay Azarovun adını çəkib.

Məlumata görə, Yanukoviç başqa olmaqla bütün keçmiş ukraynalı məmurlar Moskva və yaxın ətrafda mənzil alıb, Rusiya pasportu və daimi işlə təmin olunub. Sabiq prezident V.Yanukoviçin özü Rublyovka qəsəbəsində məskən salıb.

Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko isə bildirib ki, Rusiya prezidenti Putin məxfi fərman verərək Yanukoviçin təhlükəsizliyini təmin edib və Ukrayna ilə bağlı “xidmətləri”nə görə ona Rusiya Federasiyasının vətəndaşlığını verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm