Avstraliya 30 ilin ən güclü qasırğası ilə üzləşib
Bizi izləyin

Dünya

Avstraliya 30 ilin ən güclü qasırğası ilə üzləşib

Avstraliyanın Brisben şəhəri son 30 ilin ən güclü qasırğası ilə üzləşib. Şiddətli leysan və dolu, sürəti saatda 140 kilometrə çatan külək ciddi fəsadlar törədib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, güclü külək evlərin damlarını qoparıb, çoxmərtəbəli binaların şüşələrini sındırıb. Brisbenə yarım saat ərzində təxminən bir aylıq yağıntı normasının düşdüyü, küçələrin su altında qaldığı və nəticədə ictimai nəqliyyatın fəaliyyətinin dayandığı bildirilir. Elektrik xətlərinin qırılması 90 min evi işıqsız qoyub, məktəblər və uşaq bağçaları bağlanılıb.

Hazırda qasırğanın nəticələrini aradan qaldırılmasına ordu qüvvələri cəlb edilib.Hökumətin hesablamasına görə, şəhərin bərpasına 100 milyon dollardan çox vəsait lazım gələ bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm