Nigeriyada Məsciddə partlayışdan ölənlərin sayı 120-ni ötüb
Bizi izləyin

Dünya

Nigeriyada Məsciddə partlayışdan ölənlərin sayı 120-ni ötüb

Nigeriyanın Kano şəhərinin əsas məscid ərazisində cümə namazı zamanı baş vermiş terror aktları nəticəsində sayı 120 nəfərə çatıb.

Publika.az-ın məlumatına görə, terror aktı 270 nəfər xəsarət alıb. Yerli polisin məlumatına görə, iki nəfər naməlum şəxs məcidə daxil olaraq partlayış törədiblər. Sonra isə naməlum silahlı adamlar məsciddən çıxan insanlara atəş açıblar.

Hücumda ən azı 15 yaraqlı iştirak edib, onlardan dördü yerindəcə məhv edilib, digər dəstə üzvləri isə qaçmağa müvəffəq olublar.

Hələlik heç kim hücum üzrə məsuliyyəti öz üzərinə götürməyib. Lakin hökumət Nigeriyanın şimalında fəaliyyət göstərən Boko Haram qruplaşmasından şübhələnir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm