• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yanukoviçin məşuqəsinin Ukraynada müəmmalı fəaliyyəti

  • Dünya
  • 29 Noyabr 2014 03:09
  • 606 Baxış
Yanukoviçin məşuqəsinin Ukraynada müəmmalı fəaliyyəti

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin məşuqəsi Lyubov Polejayın Ukraynadakı biznesi indiyə qədər işləyir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə TSN telekanalının "Məxfi materiallar" proqramının süjetində deyilir.

Süjetdə qeyd olunur ki, “Gələcəyin Yolu" xeyriyyəçilik fondu Polejayın “qızıl damarıdır". Hazırda fondun ofisi möhürlənib, saytda göstərilən telefon nömrələrinə edilən zənglər cavabsız qalır. Amma bununla belə fond tenderlərdə qalib gəlməyə davam edir.

“Gələcəyin Yolu" xeyriyyəçilik fondundan başqa keçmiş dövlət başçısının məşuqəsi Kiyevdə böyük gözəllik salonuna malikdir. Gözəllik salonu Yanukoviçin biabırçı qaçışından sonra bir müddət bağlanılıb. Amma yazda yenidən açılıb və obyekt başqalarının adını qeydiyyatdan keçirilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR