Ferquson şəhərində etirazlar mağazalarda davam edib
Bizi izləyin

Dünya

Ferquson şəhərində etirazlar mağazalarda davam edib

ABŞ-ın Missuri ştatının Ferquson şəhərində qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz edənlər nümayişlərini mağazalarda davam etdiriblər.

Publika.az xəbər verir ki, bir çox insan ötən gün “Walmart” və “Target” mağazalarına yığışaraq polislərin nəzarəti altında “Əllərim yuxarıdır, atəş açma!” şüarını səsləndiriblər.

Qeyd edək ki, ABŞ-da Şünkranlıq Bayramından sonrakı cümə günü Milad bayramının ilk ənənəvi alış-veriş günüdür. Bu gündə mağazalarda böyük endirimlər olduğu üçün çoxsayda insan alış-veriş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm