Putinin Türkiyə səfərinin proqramı açıqlandı
Bizi izləyin

Dünya

Putinin Türkiyə səfərinin proqramı açıqlandı

Dekabrın 1-də geniş bir heyətlə Türkiyəyə hazırlaşan Rusiya Prezidenti Putinin səfər proqramı açıqlanıb.

Publika.az-ın məlumatına görə, Kremlin sözçüsü Yuri Uşakov Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli nümayəndə heyəti və təkbətək görüşünün olacağını bildirib.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasındakı münasibətlər, təbii qaz, ticarət, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi, hərbi texniki sahədəki əməkdaşlıq, Suriya və İraqdakı hadisələr müzakirə ediləcək.

Eyni zamanda, Uşakov səfər çərçivəsində 10-a yaxın sazişin imzalanacağını deyib. O cümlədən, 2016-cı il Türkiyə və Rusiya arasında qarşılıqlı "Turizm İli" elan ediləcək.

Putinin proqramı Atatürkün məzarını ziyarət etməklə başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm