Fahişələr hökumətdən kompensasiya tələb edir – FOTOLAR
Bizi izləyin

Dünya

Fahişələr hökumətdən kompensasiya tələb edir – FOTOLAR

Onlar musiqi və neon işıqları altında Cənubi Koreyada yerləşən ABŞ hərbi bazasının yaxınlığında toplaşıblar.

120-dən çox fahişə qadın Cənubi Koreyanın İnconbu şəhərində hökumətdən kompensasiya almaq şərti ilə nümayiş keçirib.

Keçmişində fahişəliklə məşğul olan yaşlı və kasıb qadınlar Amerika hərbi qüvvələrinin gücləndirilməsini əsas gətirərək öz sosial rifahlarının da təmin olunmasını tələb ediblər. Qeyd edək ki, qadınlar keçmişdə elə hərbi bazanın yaxınlığında fəaliyyət göstəriblər. Hərbi bazanın gücləndirilməsini nəzərə alan qadınlar öz dolanışığı üçün hökumətdən 10 min dollar tələb edir.

Qadınlardan biri deyib: “Biz bütün gecəni işləyirdik. Ona görə də Koreya hökumətindən kompensassiya tələb edirik”.

Qadınlar fahişəliklə könüllü məşğul olublar. Hökumətin qadınları daim tibbi yoxlanışa göndərməsi onların kasıblamasına gətirib çıxardıb. Fahişə qadınlar ölkəyə göstərdikləri xidmətlərini də dilə gətiriblər. Onların sayəsində ölkəyə xarici valyuta axını olub.

“Biz hərbi düşərgədə işlədiyimiz çağlarda əlimizə dollarlar gələrdi. Bu, bizim vətənpərvərliyimizdən irəli gəlirdi, ölkəmiz üçün çalışırdıq”, - fahişə qadınlardan biri deyib.

Qeyd edək ki, Cənubi Koreyada fahişəlik 2004-cü ildən etibarən qadağan edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm