İŞİD Türkiyə jurnalistlərini oğurlamağa başlayır
Bizi izləyin

Dünya

İŞİD Türkiyə jurnalistlərini oğurlamağa başlayır

"Taraf” qəzeti İŞİD-in Türkiyədə dəhşətli planları olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, qəzetin məlumatına görə, terrorçular birinci növbədə Türkiyədə jurnalistləri qaçıracaq.

ABŞ və Avropa kəşfiyyat məlumatlarında yer alan xəbərlərə görə, İŞİD terrorçuları Türkiyənin Suruç bölgəsində jurnalistlərin böyük “ov”una hazırlaşır. Eyni zamanda, Türkiyənin bir çox iri şəhərlərinə hücum planlaşdıran terrorçular “ov”u İstanbul və paytaxt Ankarada da həyata keçirməyi planlaşdırır:

“Rəhbər və ya tərcüməçi olan insanlara çox diqqət yetirməlisiniz. Sizdən pul alır, sonra da sizi terrorçulara təslim edə bilərlər. Nusranın bu şəkildə çalışdığına şahid olmuşuq. Hal-hazırda iki italyan qadın terrorçuların əlindədir. İŞİD onlar üçün absurd rəqəmlər söyləyir. Məsələn, avqustda edam edilən ABŞ jurnalisti Cim Foley üçün 100 milyon avro istəyirdilər. Adətən, onlar ödənilməsi mümkün olmayan rəqəmlər istəyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm