• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

7-ci mərtəbədən düşən uşaq sağ qaldı

  • Dünya
  • 29 Noyabr 2014 12:13
  • 899 Baxış
7-ci mərtəbədən düşən uşaq sağ qaldı

Süpürgəçi qadın 7-ci mərtəbədən yıxılan 4 yaşlı uşağı havada tutub.

Publika.az-ın məlumatına görə, hadisə Türkiyənin Əskişəhər vilayətində yaşanıb.

Hadisə axşam saatlarında olub. Küçəni süpürən qadın birdən göydən uşaq ayaqqabılarının düşdüyünü görüb.

Yuxarı baxdığından azyaşlı uşağın ayağının sürüşdüyünü görüb və onun aşağı düşəcəyini təxmin edib. O, uşağı havada tutmağı bacarıb. Qadın 3-4 dəqiqə yerdən dura bilməyib. Lakin hər ikisinin vəziyyəti yaxşıdır. Qadın deyib ki, həmin an orada olmasaydı, uşaq betonun üzərinə düşəcəkdi, böyük ehtimalla öləcəkdi.

Uşağın anasının işdə olduğu, uşağa fiziki qüsurlu xalasının baxdığı müəyyən edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR