NATO Kiyevi referendum üçün həvəsləndirdi
Bizi izləyin

Dünya

NATO Kiyevi referendum üçün həvəsləndirdi

“Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlük üzrə ümumxalq referendumda Ukrayna vətəndaşlarının istənilən qərarı ittifaq tərəfindən qəbul ediləcək”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatını şərh edərkən deyib.

“Əgər Ukrayna vətəndaşları NATO-ya üzvlük üçün sifariş verməməyə qərar verərlərsə, bu məsələ ortadan qalxacaq. Əksinə, referendumda əksəriyyət ittifaqa üzvlük üçün arzusunu ifadə edərsə, biz bu məsələyə mütləq baxmalı olacağıq", - hərbi alyansın rəhbəri vurğulayıb.

O xatırladıb ki, NATO Viktor Yanukoviçin prezidentliyi dövründə Ukraynanın bloklara qoşulmamaq siyasətinə hörmət edib: “Ukrayna xalqının qərarı dəyişəcəyi halda, bu qərara da hörmət edəcəyik”.

Qeyd edək ki, P.Poroşenko Kiyevdə səfərdə olan litvalı həmkarı Dalya Qribauskayte ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında Ukraynanın NATO-ya üzvlük barədə məsələnin ümumukrayna referendumunda həllini tapmalı olduğunu deyib. Dövlət başçısı yeni Ali Radanın 27 noyabrda keçirilən ilk iclasında da bu fikri təkrarlayıb: “NATO-ya giriş haqqında qərar Ukrayna xalqının səlahiyyətindədir. Bu barədə qərarı siyasətçilər deyil, Ukrayna xalqı verəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm