Dilənçilər partladıldı: 120 ölü
Bizi izləyin

Dünya

Dilənçilər partladıldı: 120 ölü

Nigeriyanın şimal-şərqində yerləşən Kano əyalətində məscid partladılıb.

Axar.az-ın məlumatına görə, partlayış nəticəsində 120 nəfər ölüb, 270 nəfərdən çox dinc sakin yaralanıb.

Qurbanların böyük hissəsinin gənclərdən və məscid önündəki dilənçilərdən ibarət olduğu deyilir.

Kano şəhərinin ən böyük məscidi sayılan mərkəzi məscidə qarşı hücum namaz vaxtı təşkil edildiyindən ölənlərin sayının artacağı deyilir.

Partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməsə də, hücumun Boko Haram terrorçuları tərəfindən reallaşdırıldığı təxmin edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm