ABŞ əhalisi sürətlə silahlanır
Bizi izləyin

Dünya

ABŞ əhalisi sürətlə silahlanır

ABŞ-da "Qara cümə” adlandırılan və təxminən bir ay davam edən Milad alış-veriş mövsümündə silah sifariş edənləri sayı durmadan artır.

Axar.az-in məlumatına görə, Federal Təhqiqat Bürosunun (FBI) sözçüsü Stiven Fişer ölkə əhalisinin sürətlə silahlandığını etiraf edib: “144 min satışla ötən ilin rekordu yenilənə bilər. Hər 3 saniyədən bir tüfəng sifarış edilir. Bu, çox böyük bir rəqəmdir”.

“USA Today”in məlumatına görə, FTB 28 noyabr tarixində təxminən 155 min sifariş hesabladığını bildirib.

Mütəxəssislərin fikrincə, son günlərdə ölkə ərazisində qarşıdurmaların genişlənməsi, irqi zəmində ayrı-seçkilik kütləvi silah alışının əsas səbəblərindən biridir.

Xatırladaq ki, ABŞ-da bir ənənə olaraq “Qara Cümə” günündə Milad alış-veriş mövsümü başlayır. Ölkə daxilində aralarında silah mağazalarının da olduğu bir çox alış-veriş mərkəzi böyük endirim kampaniyalarına start verir. Çoxlu sayda alıcı hətta bir gün öncədən mağazaların qarşısında növbəyə durur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm