Britaniya miqrasiya qanunları sərtləşdiri
Bizi izləyin

Dünya

Britaniya miqrasiya qanunları sərtləşdiri

Böyük Britaniya Avropa İttifaqı ölkələrindən gələn mühacirlərin sayını azaltmaq məqsədi ilə miqrasiya siyasətini sərtləşdirmək niyyətindədir.

Pubika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Devid Kaeron açqılama verib. O, ölkəsinin inkişafında mühacirlərin geniş rol oynadığını, lakin hökumətin neqativ sosial nəticələrin qarşısını almaq üçün miqrasiyanı nəzarətdə saxlamağa borclu olduğunu deyib. İrəli sürülən dəyişikliklər mühacirlərin ölkəyə gəlməzdən əvvəl iş barədə rəsmi təklifin olmasını, iş stajı dörd ildən çox olmayanların sosial güzəşt və yaşayış yeri ilə təmin edilməyəcəyini nəzərdə tutur.

Britaniyanın Baş naziri, həmçinin digər Avropa İttifaqı ölkələrini də miqrasiya islahatları keçirməyə səsləyib və əks-halda ölkəsinin Aİ-dən çıxa biləcəyini deyib. Devid Kemeron əvvəllər də seçkilərdə qalib gələcəyi təqdirdə 2017-ci ildə Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması barədə referendum keçirəcəyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm