Azərbaycanlı müşahidəçilər Moldovada seçkiləri izləyəcəklər
Bizi izləyin

Dünya

Azərbaycanlı müşahidəçilər Moldovada seçkiləri izləyəcəklər

Moldova Respublikasında noyabrın 30-na təyin olunmuş parlament seçkilərinin monitorinqində təqribən 4 min müşahidəçi, o cümlədən Azərbaycan müşahidəçiləri iştirak edəcəklər.

“Novosti-Moldova” agentliyinin yaydığı xəbərər görə, seçkiləri 23 təşkilatdan yerli müşahidəçi kimi akkreditə olunmuş 3192 nəfər izləyəcəkdir. Bundan başqa, MSK 816 beynəlxalq müşahidəçi akkreditə edib. Onlardan 38 nəfəri 15 seçki orqanının nümayəndələridir, 149 nəfəri xarici ölkələrin qeyri-hökumət təşkilatlarını, 116 nəfəri Moldovada akkreditə olunmuş diplomatik nümayəndəlikləri və missiyaları, 513 nəfəri isə hökumət təşkilatlarını, o cümlədən 382 nəfər ATƏT-i təmsil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm