• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD tərəfdarları aktyorlara hücum etdi

  • Dünya
  • 30 Noyabr 2014 07:55
  • 598 Baxış
İŞİD tərəfdarları aktyorlara hücum etdi

"Kaçak" serialının çəkiliş qrupu özlərini İŞİD tərəfdarı kimi qələmə verən dəstənin hücumuna məruz qalıb.

Publika.az-ın məlumatına görə, hadisə İstanbulda baş verib. Əllərində dəmir dəyənəklər olan şəxslər növbəti serianın çəkilişi ərəfəsində aktyorlara hücum ediblər.

"Burada serial çəkə bilməzsiniz. Biz İŞİD tərəfdarlarıyıq. Burada sizə imkan vermərik deyə", çəkiliş heyətinə hədə-qorxu gəliblər.

Buna baxmayaraq çəkiliş qrupu işini davam etdirib. Bir müddət sonra mikroavtobusla qayıdan qrup əllərindəki dəyənəklərlə aktyorları vurmağa başlayıb. Çəkiliş qrupunun bir neçə üzvünün yaralandğı bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR