Qahirədə aksiyalar zamanı iki nəfər həlak olub
Bizi izləyin

Dünya

Qahirədə aksiyalar zamanı iki nəfər həlak olub

Qahirənin mərkəzində nümayişçilərlə polislər arasında baş verən toqquşmalarda 2 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb. Ölkənin güc strukturlarının əməkdaşları Təhrir meydanı yaxınlığındakı Əbdül Munem Riyad meydanına toplaşan onlarla etirazçını da saxlayıblar.



Misir Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.



Xatırladaq ki, noyabrın 29-da Qahirə Cinayət Məhkəməsi 2011-ci ilin yanvar inqilabı günlərində nümayişçilərin öldürülməsində əli olması barədə iş üzrə ittihamları Misirin sabiq prezidenti Hüsni Mübarəkin üzərindən götürüb. Bu iş üzrə H.Mübarək ilə yanaşı, ittiham olunan keçmiş daxili işlər naziri Həbib əl-Ədli və yüksək vəzifəli daha altı məmur da bəraət alıb.



Qahirə Cinayət Məhkəməsi İsrailə qaz ixracı və korrupsiya ilə bağlı ittihamlar üzrə də sabiq prezidentə bəraət qazandırıb. Hakimlər H.Mübarəki bütün maddələr üzrə günahsız sayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm