• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xəstəxana müdirinin üzünə turşu tökdülər

  • Dünya
  • 30 Noyabr 2014 21:57
  • 964 Baxış
Xəstəxana müdirinin üzünə turşu tökdülər

İran paytaxtı Tehranın cənubundakı “Ziyayan” xəstəxanasının müdiri Siyamand Ənvəriyə hücum edilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, motosikletlə yandan ötən iki şəxsdən biri onun üzünə turşu atıb. İşdən sonra evə gedərkən hücuma məruz qalan Ənvərinin gözlərinə zərər dəydiyi bildirilir.

Adətən bu kimi hücuma qadınlar məruz qalır. Son bir neçə həftə ərzində böyüklüyünə görə İranın 4-cü şəhəri olan İsfahanda ən azı 4 qadına basqın edildiyi deyilir.

Digər xəbərlərdə "turşu hücumlarının" sayının 11-ə çatdığı qeyd olunur.

Polis şənbə günü axşam saatlarında baş verən hadisənin araşdırılacağını vəd edib.

Sosial media, hücuma səbəb kimi, sərt geyim qaydalarına riayət edilmədiyi göstərilir. Hərçənd ki, rəsmilər bu gümanları şərh etməyiblər.

Həbs olunduğu təqdirdə hücumçulara ölüm cəzası kəsilə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR