Rusiya xüsusi təyinatlıları böyük itki verib
Bizi izləyin

Dünya

Rusiya xüsusi təyinatlıları böyük itki verib

Donetsk aeroportunu ələ keçirməyə çalışan Rusiya xüsusi təyinatlı bölmələri böyük itki verib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror qərargahının ”Facebook” səhifəsində deyilir.

Məlumatda bildirilir ki, separatçılar ötən gün ərzində toplar, minaatanlar və reaktiv yaylım atəş sistemlərini tətbiq edərək antiterror güclərinin mövqelərinə 41 dəfə hücum edib. Separatçıların fəallığının həmçinin Debalsevo və Mariupol istiqamətlərində qeyd alındığı deyilir.

“Quldurlar Donetsk aeroportuna hücum etməkdə davam edirlər. Hücuma Rusiya xüsusi təyinatlı dəstələrinin hərbçiləri cəlb ediliblər. Bizim uşaqlarımız rəqibin hücumunun növbəti dəfə dəf edib. Rəqib böyük itkilərlə geri çəkilib”, - qərargahdan deyilir.

Xəbərdə Mariupol ərazidə vəziyyətin tamamilə Ukrayna ordusunun nəzarəti altında olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm