• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Moskva Moldovadakı seçkilərdə məğlub oldu

  • Dünya
  • 1 Dekabr 2014 12:34
  • 464 Baxış
Moskva Moldovadakı seçkilərdə məğlub oldu

Moldovada dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri elan olunub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyası avrointeqrasiya xarici siyasət kursunu həyata keçirən koalisiyadakı iki partiyanın mandatların əksəriyyətini alacağını açıqlayıb.

Seçki bülletenlərinin 85 faizinin sayılmasından sonra koalisiyaya daxil olan iki partiyanın seçicilərin 35 faiz səsini aldığı bəlli olub. Moldova Sosialist Partiyası 21,58, Kommunist Partiyası 17,95, Liberal-Demokratik Partiyası 19,2, Demokrat Partiya 15,94 və Liberal Partiya 9,22 faiz səslə parlamentə keçib.

Analitiklərin fikrincə, sosialistlərin yüksək nəticə qazanmasında Rusiya amili xüsusi rol oynayıb. Politoloq Vitali Andrievskinin fikrincə, Qərbmeylli üç partiya parlament koalisyasını formalaşdırımaq barəsində razılaşacaq.

“Danışıqlar çox çətin və mürəkkəb olacaq. Çünki liberallar 2010-cu ildə koalisiyadan çıxdılar. Bununla belə onlar razılaşa biləcəklər. Amma yeni koalisiya kifayət qədər möhkəm olmayacaq”- Andrievski qeyd edib.

Seçkilərin hazırkı nəticələrinə görə, Qərb meylli üç partiya 57-58, iki sol partiya isə 43-44 mandat ala bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR