İŞİD-dən daha bir qəddarlıq: yaralı yoldaşlarını güllələdilər
Bizi izləyin

Dünya

İŞİD-dən daha bir qəddarlıq: yaralı yoldaşlarını güllələdilər

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Mürşitpınar sərhəd qapısı yaxınlığında təşkil etdiyi bombalı hücumda 30-dan çox kürd döyüşçüsü öldürülüb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmilər hadisə nəticəsində 22 nəfərin yaralandığını qeyd edirlər.

Bu arada İŞİD ilə bağlı şok fakt aşkarlanıb. Bildirilir ki, İŞİD Mosul ətrafında gedən döyüşlər zamanı yaralanan 25 döyüşçüsünü güllələyib. Öldürülənlər əsasən əl və ayağını itirən İŞİD üzvləri olub.

Kürdüstan Demokrat Partiyasının yaydığı məlumata görə, İŞİD toqquşmalar zamanı yaralanan şəxsləri müalicə etməkdən boyun qaçıran 10 həkimi güllələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm