Putin Türkiyədədir
Bizi izləyin

Dünya

Putin Türkiyədədir

Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri başlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Rusiya dövlət başçısının olduğu təyyarə Esenboğa hava limanına enib.

Putini Türkiyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın rəhbərlik etdiyi dövlət rəsmiləri qarşılayıb. Hava limanından birbaşa Atatürk mavzoleyinə yola düşən Putin daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Rusiya prezidentinin Türkiyəyə gəldiyi gün Ətraf Mühit və Şəhərsalma Nazirliyi “Akkuyu” Nüvə Elektrik Stansiyası üçün ekoloji təsir qiymətləndirməsi hesabatını təsdiqləyib. Türkiyənin ilk nüvə stansiyası üçün hazırlanan 3 min səhifəlik hesabat ekoloji təsir baxımından bütün detalları özündə əks etdirir.

V.Putin sabah isə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak edəcək. İclasda iki ölkə arasında enerji və iqtisadi-ticarət sahələr başda olmaqla, əməkdaşlığın geniş spektri, eləcə də beynəlxalq problemlər müzakirə olunacaq. Bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. Tərəflər hazırda 35 milyard dollar olan ikitərəfli ticarət dövriyyəsini 100 milyard dollar qaldırmağı planlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm