Nəhəng maliyyə piramidası ifşa olundu
Bizi izləyin

Dünya

Nəhəng maliyyə piramidası ifşa olundu

"Əmanət kassası 24" ("Sbereqatelnaya kassa 24") istehlak kreditləri kooperativləri təşkilatçıları Rusiyanın müxtəlif rejionlarında fəaliyyət göstərən nəhəng maliyyə pramidası yaratmaqda şübhəli bilinərək Ryazanda saxlanılıblar.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları "Əmanət kassası 24" istehlak kreditləri kooperativləri təşkilatçılarının fəaliyyətində şübhəli məqamlar aşkarladığından, daha doğrusu çoxşaxəli maliyyə piramidasının əlamətlərini müəyyənləşdirdikdən sonra bununla bağlı müvafiq tədbirlərə baş vurub: "Əmanət kassası 24" istehlak kreditləri kooperativləri təşkilatçılarının rəhbərliyi 2012-ci ildən yüksək dividentlərin (ildə 13 faizədək) ödənilməsi bəhanəsilə insanların pullarını cəlb etməyə başlayıb. Bu vaxt hər hansı maliyyə və iqtisadi fəaliyyət həyata keçirilməyib. Bununla yanaşı, kooperativin iştirakçılarının pul vəsaitləri də geri qaytarılmayıb. Sözügedən maliyyə pramidasına daha çox insanın cəlb olunması üçün "Əmanət kassası 24"ün əməkdaşları ölkə üzrə 20-dən çox bölmə və filial yaradıblar".

Qeyd olunur ki, təşkilatın baş ofisi Ryazanda yerləşir : "Kooperativin fəaliyyəti "Əmanət kassası 24"ün saytı, eləcə də müxtəlif sosial şəbəkələr vasitəsilə geniş reklam olunub".

Beləliklə, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, "Əmanət kassası 24" istehlak kreditləri kooperativləri təşkilatçılarının maliyyə fırırdaqı nəticəsində 2 mindən artıq insana ümumilikdə 100 milyon rubdan çox maddi ziyan dəyib:

"Artıq kooperativin rəhbər şəxsləri barəsində geniş miqyasda fırıldaqçılıq maddəsilə cinayət işi açılıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 yoxlama baş tutub və bu zaman işin istintaqı ilə əlaqədar olaraq xeyli sayda maddi sübut – elektron məlumat bazası, maliyyə-təsərrüfat sənədləri aşkarlanaraq götürülüb. Təşkilatın fırıldaqçılıqda şübhəli bilinən 3 nəfər əməkdaşı saxlanılıb və məhkəmə qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib".

Qeyd edək ki, Rusiyanın ən tanınmış maliyyə pramidası olan «MMM» Seyqey Mavrodiyə məxsusdur. 1990-cı illərin əvvəllərində onun əməllərindən zərərçəkənlərin sayı təxminən, 10-15 milyon nəfər olub. Mavrodi əmanətçilərin pul vəsaitlərini mənimsədiyinə görə, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2007-ci ilin may ayında isə o, azadlığa buraxılıb. 2011-ci ildə isə yeni layihəsinin işə düşdüyünü bəyan edib.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm