Qətldə ittiham olunan deputat həbsxanadan qaçdı
Bizi izləyin

Dünya

Qətldə ittiham olunan deputat həbsxanadan qaçdı

“Dnestryanı Moldova Respublikası”nın deputatı Dmitri Soin Ukraynada həbsxanadan qaçıb.

Publika.az-ın “politnavigator.net” saytına istinadən verdiyi məlumata görə, Moldovada qətldə ittiham olunan deputat bu ilin avqustunda Kiyevdə saxlanılmışdı.

Kiyev “Dnestryanı Moldova Respublikası”nın “Milli Təhlükəsizlik Nazirliyi”nin keçmiş polkovnikini Moldovaya verməyi planlaşdırırdı.

Soin son illərdə Odessada yaşayıb. Onunla “Dnestryanı Moldova Respublikası”nın “prezident”i Yevgeni Şevçuk arasında münaqişənin olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm