Rusiyada azərbaycanlı desantçı öldürüldü
Bizi izləyin

Dünya

Rusiyada azərbaycanlı desantçı öldürüldü

Rusiya Silahlı Qüvvələri 76-cı Pskov desant-hücum diviziyasının 104-cü alayında qətl törədilib.

Publika.az-ın verdiyi məlumata görə, bu barədə hərbi hissədəki bir neçə mənbə “Pskov” agentliyinə bildirib.

Mənbələrin məlumatına görə, hərbçilərdən biri yoldaşları ilə münaqişə zamanı onlardan birini öldürüb, daha iki nəfəri yaralayıb. Rəsmi təsdiq edilməmiş məlumatlara görə, o, bundan sonra sakitcə yerinə uzanıb.

Xəbərdə həmçinin bildirilir ki, alayda həlak olmuş desantçı Nijeqorodski vilayətindən hərbi xidmətə çağırılan azərbaycanlıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm