13 polis əməkdaşı qətlə yetirilib
Bizi izləyin

Dünya

13 polis əməkdaşı qətlə yetirilib

Silahlı qruplaşma üzvləri seçki komissiyasının 5 nəfər əməkdaşının ölümünə səbəb olub.

Polis-patrul xidmətinin əməkdaşları hücuma məruz qalıblar. Hadisə Hindistanın şərqində baş verib.

Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, maoist silahlı qruplaşması tərəfindən törədilmiş basqın zamanı 13 nəfər polis əməkdaşı qətlə yetirilib: «Hadisə Hindistanın mərkəzindən uzaqda yerləşən Sukma rayonunda xüsusi əməliyyat zamanı qeydə alınıb».

Həmçinin o da məlum olub ki, avtobusda baş vermiş partlayış nəticəsində Çxattisqarx ştatının seçki komissiyasının 5 nəfər əməkdaşı həlak olub. Qeyd olunur ki, maoist silahlı qruplaşması həmin avtobusa yerləşdirdikləri bombanı uzaqdan idarəetmə sistemi vasitəsilə partladıblar.

Məlumat üçün bildirək ki, maoist silahlı qruplaşması Hindistan hökumətinə qarşı radikal mövqeyi ilə seçilir.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm