Iraq Ordusunda 50 min kabus
Bizi izləyin

Dünya

Iraq Ordusunda 50 min kabus

İraq ordusundakı korrupsiya ilə bağlı istintaq zamanı maaş cədvəlində 50 000 saxta ad aşkarlanıb.

Publika.az-ın məlumatına görə, bu əsgərlər heç vaxt mövcud olmasa da onlar hər ay maaş "alıblar". Bu, orduda "kabus əsgərlər" kimi tanınır.

Baş nazirin ofisinin bəyanatında deyilir ki, ödənişlər artıq dayandırılıb.

İraq ordusundakı korrupsiya, İslam Dövləti döyüşçülərinə qarşı mübarizənin uğursuz olmasının səbəblərindən biri kimi qəbul olunur.

AFP agentliyinin Baş nazir Haidar al-Abadinin sözçüsü Rafid Jabooridən gətirdiyi sitata görə, istintaq axırıncı ödənişlər ediləndən sonra başlayıb.

"Son bir neçə həftə ərzində baş nazir kabus əsgərləri ifşa etməyə və problemin səbəblərini aşkar etməyə çalışıb", - Rafid Jaboori deyib.

Deyilənə görə, korrupsiyaya uğramış zabitlər maaşları sifon vasitəsilə axıdıb.

AFP agentliyinə danışan, adı açıqlanmayan zabit deyib ki, 50 000 əsgər arasında həlak olmuş və ya fərari əsgərlərin adları da var.

ABŞ İraq ordusunu gücləndirmək üçün bir neçə milyard dollar xərcləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm