Putinin dostu ABŞ-da lobbiçilərə 230 min xərcləyib - İddia
Bizi izləyin

Dünya

Putinin dostu ABŞ-da lobbiçilərə 230 min xərcləyib - İddia

“Səhmlərinin 23 faizi Gennadi Timçenkoya məxsus olan Rusiyanın "Novatek" energetika şirkəti ABŞ-da lobbiçiləri işə görürür”.

Publika.az-ın “Wall Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, məqsəd Kremlə yaxın olan oliqarxlara qarşı yeni iqtisadi sanksiyaların tətbiqinin qarşısını almaqdır.

“Wall Street Journal” xatırladır ki, G.Timçenko Rusiya prezidenti Vladimir Putinin yaxın dostudur. Qəzetin yazdığına görə, “Novatek” şirkəti bu iş üçün 230 min dollar xərcləyib.

Amerika nəşri qeyd edir ki, "Novatek”dən başqa, "Qazprombank”ın əməkdaşları da sanksiyalarla mübarizə üçün lobbiçiləri işə götürür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm