Şok: MDB ölkə səfirlikləri kriminal qrupların poliqonudur
Bizi izləyin

Dünya

Şok: MDB ölkə səfirlikləri kriminal qrupların poliqonudur

“Təəssüf ki, MDB-nin sərbəst ticarət zonasından kriminal qruplaşmalar açıq şəkildə xoş olmayan hallar üçün istifadə edirlər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Ticarət Palatasının vitse-prezidenti Aleksandr Rıbakov çıxış edib.

O, bəzi qeyri-qanuni maliyyə əməliyyatları zamanı postsovet ölkələrinin səfirliklərinin ərazisindən də istifadə edildiyini bildirib:

“Bir müddət öncə bəlli oldu ki, kiçik Moldova vasitəsilə müxtəlif ölkələrin vətəndaşları Rusiyadan qeyri-qanuni şəkildə 700 milyard rubl çıxarıb. Bu astronomik miqdar Moldova büdcəsilə üst-üstə düşür. Rusiya Ticarət Sənaye Palatasına çatan məlumatlara görə, bəzi qeyri-qanuni maliyyə əməliyyatları, eksport-import razılaşmaları keçmiş sovet ölkələrinin səfirliklərinin ərazilərində baş verir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm