Sosialistlər və kommunistlər ölkəni Moskvaya tərəf döndərə bilər
Bizi izləyin

Dünya

Sosialistlər və kommunistlər ölkəni Moskvaya tərəf döndərə bilər

Moldova sosialistləri Avropa Birliyi ilə assosiasiya haqqında müqavilədən qurtulmaq niyyətindədir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bazar günü keçirilən parlament seçkilərində liderlik edən Moldova Sosialist Partiyası assosiasiya haqqında müqavilədən imtina proseduruna başlamağa hazırlaşır.

Partiya başçısı İqor Dodon qeyd edib ki, Gömrük İttifaqına giriş haqqında referendum məsələsini qaldırmağı düşünür.

Qeyd edək ki, 30 noyabrda keçirilən parlament seçkilərində sosialistlər və kommunistlər liderlik edir. Moldova Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən, İqor Dodonun partiyası 22,18, ölkənin keçmiş prezidenti Vladimir Voroninin başçılıq etdiyi Kommunist Partiyası isə 19 faiz səs toplayıb.

Amma avrointeqrasiya xarici siyasət kursunu həyata keçirən koalisiyadakı iki partiya isə mandatların əksəriyyətini alıb. Seçki bülletenlərinin 85 faizinin sayılmasından sonra koalisiyaya daxil olan iki partiyanın seçicilərin 35 faiz səsini aldığı bəlli olub.

Analitiklərin fikrincə, sosialistlərin yüksək nəticə qazanmasında Rusiya amili xüsusi rol oynayıb. Politoloq Vitali Andrievskinin fikrincə, Qərb meylli üç partiya parlament koalisyasınının formalaşdırılması haqqında razılaşacaq.

“Danışıqlar çox çətin mürəkkəb olacaq. Çünki liberallar 2010-cu ildə koalisiyadan çıxdılar. Bununla belə onlar razılaşa biləcəklər. Amma yeni koalisiya kifayət qədər möhkəm olmayacaq”- Andrievski qeyd edib.

Seçkilərin hazırkı nəticələrinə görə, Qərb meylli üç partiya 57-58, iki sol partiya isə 43-44 mandat ala bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm