BBC Putinin Türkiyəyə səfərindən məmnun qalmayıb
Bizi izləyin

Dünya

BBC Putinin Türkiyəyə səfərindən məmnun qalmayıb

Böyük Britaniyanın BBC telekanalı Rusiya dövlət başçısı Vladimir Putinin Türkiyəyə səfərindən məmnun qalmayıb.

Publika.az verdiyi xəbərə görə, kanalın saytında gedən bir yazıda Putinin səfəri “qiymətli təkliklər zirvəsi” olaraq qiymətləndirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti beynəlxalq əlaqələrdə dərin problemlər yaşayan və Qərbdən gələn tənqidləri diqqətə almayan iki lider olaraq xarakterizə olunur.

Böyük Britaniya kanalı həmçinin geosiyasi məsələlərlə bağlı iki liderin mövqelərindəki fikir ayrılıqlarına diqqət çəkib. Suriyada Putinin himayə etdiyi Əsədin getməsi üçün Ərdoğanın hər yolu sınaqdan keçirdiyi qeyd olunan yazıda Rusiya tərəfindən ilhaq olunan Krıma buraxılmayan tatar lideri Mustafa Cəmiloğluna Çankaya Köşkündə dövlət nişanı verildiyi xatırlanır.

Yazıda həmçinin Rusiyanın Qərb məhsullarına qarşı tətbiq etdiyi sanksiyaların Ankara tərəfindən fürsət olaraq qiymətləndirdiyi qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm