Hakan Şükür hansı partiyaya keçir? – Yeni iddia
Bizi izləyin

Dünya

Hakan Şükür hansı partiyaya keçir? – Yeni iddia

Ötən il Türkiyə Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən İstanbul millət vəkili Hakan Şükürün gələcək siyasi planları ilə bağlı detallar ortaya çıxıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçmiş futbolçunun Fəthullah Gülən camaatının dəstəklədiyi bir partiyaya qatılacağı iddia edilirdi.

Kulislerdə Hakan Şükürün İdris Balın yeni qurduğu Demokratik İnkişaf Partiyası və yaxud da İdris Naim Şahinin MİLAD Partiyasına qatılacağı gözlənilirdi. Ancaq müstəqil millət vəkili son addım ilə bu iddiaların əsassız olduğunu göstərdi.

Türkiyə Böyük Millət Məclisinin kulislerinde danışılan son iddiaya görə Hakan Şükür artıq siyasətlə məşğul olmayacaq və 2015-ci parlament seçkilərində namizədliyini verməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm