Rusiya Türkiyəyə satdığı qazın qiymətini endirdi
Bizi izləyin

Dünya

Rusiya Türkiyəyə satdığı qazın qiymətini endirdi

Rusiya Türkiyəyə satdığı qazın qiymətində endirim edəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında açıqlama verib.

"Türkiyənin enerji tələblərini qarşılamağa hazırıq. Cənubi Avropa istehlakçıları üçün yeni bir enerji xəttinin çəkilməsi mövzusunda da razılığa gəldik. Razılaşmaya əsasən Türk-Yunan sərhədində qaz paylama mərkəzi yaradıla bilər", - Putin əlavə edib.

Rusiya Prezidenti deyib ki, Türkiyənin enerji ehtiyaclarının qarşılanması üçün Mavi axın boru xəttinin tutumunun artırılması mövzusunda razılıq əldə olunub. Razılığa əsasən Türkiyəyə ötürülən təbii qazın miqdarı 3 milyard kub metrə çatdırılacaq. Eyni zamanda yanvarın 1-dən etibarən Türkiyə üçün satılan qazın qiymətində 6 fazi endirim tətbiq olunacaq.

Türkiyə ilə Rusiya arasındakı ticarət dövrüyyəsinə toxunan Putin ölkəsinin Almaniyadan sonra Türkiyə ilə ikinci böyük ticarət ortağı olduğunu deyib. "İki ölkə arasında ticarət həcmi artır. Bunan sonra da əlaqədar nazirliklər bu istiqamətdə lazımi işləri görəcəklər", - Rusiya Prezidenti vurğulayıb.

Türk iş adamlarının Soçi olimpiadalarında 3 milyard dollarlıq layihə həyata keçirdiklərini deyən Putin, ildə 4 milyon rusiyalı turistin də Türkiyəyə səfər etdiyini qeyd edib.

Putin, 2016-ci ilin tərəflər arasında "Turizm ili" elan olunmasının planlaşdırıldığını söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm